Simeone "Atletiko"nun transfer planlarını açıqladı

Simeone "Atletiko"nun transfer planlarını açıqladı

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandanın heyətinin hələ tam formalaşmadığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, La Liqanın ilk turu çərçivəsində bu gün "Vilyarreal"ın qonağı olacaq paytaxt təmsilçisinin çalışdırıcısının sözlərini "Marca" belə çatdırıb:

"Yeddi nəfər getdi, üç yeni oyunçu gətirdik. Bu transferlər üzərində həqiqətən yaxşı işlədik. Hələ heyəti komplektləşdirməliyik. Yeni transferlərimiz olduqca vacib oyunçulardır. Sörlot hücumda, Le Norman müdafiədə, Alvares isə bütün aspektlərdə önəmlidir. Nə axtardığımızı, nə istədiyimizi bilirik. Heyəti gücləndirməliyik. Bu yöndə çalışmaları davam etdiririk. Hər mövsüm eyni deyil. Mükəmməlləşməyi hədəfləmişik".

Xatırladaq ki, "Atletiko" ötən mövsüm La Liqada 4-cü yeri tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər