Dieqo Simeone "Atletiko” ilə olan müqaviləsinin müddətini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, argentinalı baş məşqçi 2022-ci ilə qədər "hindular”ı çalışdıracaq.
2011-ci ildən Madrid komandasını matçlara çıxaran Simeone geridə qalan müddətdə La Liqanın qalibi olub, İspaniya Kubokunu və Superkubokunu qazanıb. Cənubi amerikalının rəhbərliyi altında 2 dəfə Avroliqanın baş mükafatına sahib çıxan "Atletiko” UEFA Superkubokunu da muzeyinə aparıb.
La Liqanın 23 turundan sonra Simeonenin komandası 44 xalla turnir cədvəlində 3-cüdü.
Fanat.Az