"Sevilya"dan yeni transfer

"Sevilya"dan yeni transfer

"Sevilya" yeni transferini həyata keçirib. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 

Xəbərə görə, İspaniya təmsilçisi "San-Lorenso"dan Federiko Qattonini heyətinə cəlb edib. 

24 yaşlı argentinalı müdafiəçi ilə sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Federikonun transferi 1,4 milyon avroya başa gəlib. 

Futbolçu "Sevilya"ya cari mövsümün sonunda qoşulacaq. Hələlik "San-Lorenso"da çıxış edəcək. Ancaq bu dəfə icarə əsasında. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər