“Sevilya” futbolçusunu icarəyə göndərdi

“Sevilya” futbolçusunu icarəyə göndərdi

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi “Sevilya”dan Xose Anxel Karmonanı icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Onun satınalma şərti ilə 2023-cü ilin 30 iyununa kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.

20 yaşlı sağ cinah müdafiəçisi “Sevilya”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 17 oyuna 2 qol vurub. Karmona həm də İspaniyanın U-21 yığmasına dəvət alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər