Səudiyyə Ərəbistanı klubu ulduz futbolçunun keçidini açıqladı - VİDEO

Səudiyyə Ərəbistanı klubu ulduz futbolçunun keçidini açıqladı - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Roberto Firminonu transfer etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı braziliyalı hücumçu ilə müqavilə 2026-cı ilə qədərdir.

2015-ci ildə "Hamburq"dan transfer olunan Roberto Firmino "Liverpul"da 8 il oynayıb. O, bu müddətdə "mersisaydlılar"ın heyətində 362 oyun keçirib, 111 qol vurub və 79 məhsuldar ötürmə edib. Ulduz forvard son mövsümdə 35 oyuna çıxıb, rəqib qapılarını 13 dəfə silkələyib və 5 asistlə diqqət çəkib. Futbolçunun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.

"Transfermarkt" 31 yaşlı hücumçunun dəyərini 18 milyon avro qiymətləndirib.

Qeyd edək ki, "Əl-Əhli" bir müddət əvvəl "Çelsi"nin qapıçısı Eduard Mendi ilə də 3 illik müqavilə imzalayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər