Səudiyyə Ərəbistanı klubu Kessyenin transferini bitirir - MƏBLƏĞ

Səudiyyə Ərəbistanı klubu Kessyenin transferini bitirir - MƏBLƏĞ

"Barselona"nın yarımmüdafiəçisi Frank Kessyenin Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transferi tamamlanmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Fil Dişi Sahilindən olan futbolçu hazırda Parisdə tibbi müayinədən keçir. Frankın transferinin "Əl-Əhli"yə 15 milyon avroya başa gələcəyi bildirilib.

Xatırladaq ki, Kessye ötən ilin yayında "Milan"dan azad agent qismində ayrılaraq "Barselona"ya qoşulmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər