"Barselona"nın prezidenti Jozep Bartomeu baş məşqçi Kike Setyeni istefaya göndərmək niyyətində deyil.
Fanat.Az RAC1 radiosuna istinadən xəbər verir ki, Bartomeu bazar günü axşam saatlarında "Barselona" rəhbərliyinin digər üzvləri - Erik Abidal, Oskar Qrau və Xavyer Bordasla birlikdə iclas üçün Setyenin evinə yollanıb. Görüş zamanı 57 yaşlı funksioner məşqçiyə olan dəstəyini nümayiş etdirib. Onlar son dönəmdə futbolçularla yaranan fikir ayrılığı barədə müzakirə aparıblar.
Rəhbərliyin Setyeni postundan uzaqlaşdırmaq istəmədiyi bildirilir. Çünki bu, prezident seçkiləri ərəfəsində Bartomeunun imicinə zərbə vura bilər.
Daha öncə katalon klubunun Setyeni istefaya göndərəcəyi və onu "Barselona B"-nin çalışdırıcısı Qarsiya Pimyenta ilə əvəzləyəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az