Frankfurt "Ayntraxt"ının serbiyalı futbolçusu Filip Kostiç karyerasını "Yuventus"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, artıq Turində olan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.
İtaliya mətbuatında yayılan son informasiyalara inansaq, "Yuventus" Kostiç üçün 17-18 milyon avro təzminat ödəyəcək.
Nihat