Şensnı "Barselona"nın qeyri-sabit çıxışının səbəbini dedi

Şensnı "Barselona"nın qeyri-sabit çıxışının səbəbini dedi

"Barselona"nın qapıçısı Voytsex Şensnı "blauqrana"nın son oyunlarda qeyri-sabit çıxış sərgiləməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport.pl" belə çatdırıb:

"Bu, gənclikdən və təcrübəsizlikdən qaynaqlanan məsələdir. Mən özüm də nə vaxtsa belə olmuşam. Çempionlar Liqasında böyük klublarla üz-üzə gələndən sonra yerli çempionatda kiçik komandalara qarşı oyunlara köklənməyin nə dərəcədə çətin olduğunu bilirəm. Bu yolu mükafat qazanmağı hədəfləyən bütün gənclər keçməlidir. İş mentallığa çatanda onlar mütləq bir tarazlıq tapmalıdırlar. Əlbəttə, bütün matçlara eyni yanaşmaq lazımdır, amma bu, o qədər də asan deyil".

Qeyd edək ki, son 10 matçın 5-də qələbə qazanan "Barselona" 3 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər