Şensnı "Barselona"da -RƏSMİ

Şensnı "Barselona"da -RƏSMİ

"Barselona" rəsmi saytı vasitəsi ilə Polşa millisinin sabiq qapıçısı Voytsex Şensnını sıralarına cəlb etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 34 yaşlı qolkiperlə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şensnı Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran "Barselona"dan gələn təklifə görə futbola davam etmək qərarına gəlib.

Almaniyalı qolkiper dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər