Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı

Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı
İngiltərənin "Vulverhempton" klubu "Barselona"nın müdafiəçisi Nelson Semedu ilə 5 illik müqavilə ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bunu "Twitter"də italiyalı jurnalist Nikolo Skira yazıb.
Daha öncə sözügedən futbolçunun "canavarlar"a 40 milyon avroya başa gələcəyi ilə bağlı iformasiya yayılmışdı.
Qeyd edək ki, Semedu "Barsa"ya 2017-ci ilin yayında "Benfika"dan keçib. Həmin vaxt Kataloniya klubu bu transferə 35,7 milyon avro xərcləmişdi.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər