Braziliya klubu "Atletiko Mineyro" Pedrinyonun transferi ilə bağlı "Şaxtyor"la razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Mineyro təmsilçisi yarımmüdafiəçini bir illik icarəyə götürmək istəyir. Cənubi amerikalılar müqavilədə Ukrayna klubunun israr etdiyi 15-18 milyon avroluq alış öhdəliyinin yazılmasına da qarşı deyil.
"Atletiko" cinah yarımmüdafiəçisi ilə şəxsi müqavilənin detallarını da razılaşdırıb.
Pedrinyo bundan əvvəl “Əl-Əyn”in transfer təklifindən imtina etmişdi.
Mirağa