"Real Madrid"in müdafiəçisi Xesus Valyexo mövsümün sonunda İspaniya nəhəngini tərk etmək istəmir.
Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti onun satılmasını istəsə də, Valyexo bu yay daha yaxşı variant tapacağına inanmır.
Xesus nadir hallarda əsas komandada görünsə belə, təcrübəlilər gedəndən sonra Ançelottinin rəhbərliyi altında müntəzəm oynaya biləcəyinə ümid edir.
25 yaşlı Valyexo "Saraqosa"nın yetirməsidir. 2015-ci ildə 5 milyon avro qarşılığında tranfer edilən müdafiəçi "Real"ın əsas komandasında ümumilikdə 22 matça çıxaraq 1 qol vurub. Onun paytaxt klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Nihat