Saşa Yunisoğlu: "Heç bir müqaviləyə imza atmamışıq"

Saşa Yunisoğlu: "Heç bir müqaviləyə imza atmamışıq"

Futbol üzrə Azərbaycan yığmasının və AZAL-ın sabiq müdafiəçisi Saşa Yunisoğlu “Sumqayıt”a keçəcəyi barədə xəbərləri şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Mətbuatın niyə uydurma xəbərlər yaydığını bilmirəm. Mən “Sumqayıt”la müqavilə imzalamamışam. Düzdü, bu klubun rəhbərliyi ilə görüşmüşəm. Amma heç bir müqaviləyə imza atmamışıq. Mümkündü ki, qarşıdakı günlərdə bu, gerçəkləşsin. Hazırda isə azad agentəm və heç bir kluba məxsus deyiləm”.

İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər