"Şalke" "Barselona"nın müdafiəçisi Jan-Kler Todibonun transfer hüququnu ələ keçirməkdən imtina edib.
Fanat.Az WAZ-a istinadən xəbər verir ki, bu barədə "Şalke"nin idman direktoru Yohan Şnayder məlumat verib:
"Artıq Todibonu transfer etmək haqqına sahib deyilik. Müddət 31 mayda başa çatdı".
"Şalke" 20 yaşlı futbolçunu yanvarda 1,5 milyon avro qarşılığında icarəyə götürmüşdü. Sözləşmənin şərtlərinə görə, Qelzenkirhen klubu 25 milyon avro ödəyərək Tobinonun transfer hüququnu ələ keçirə bilərdi.
Fransız oyunçu cari mövsümdə 10 matçda "Şalke"nin formasını geyinib.
Fanat.Az