Şahmatçıların futbol matçında 14 qol

Şahmatçıların futbol matçında 14 qol

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıblar.

Fanat.Az xəbər verir ki, oyunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, FİDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri iştirak ediblər.

Yoldaşlıq görüşündə FİDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıblar. Hər biri 30 dəqiqədən və iki hissədən ibarət olan oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıblar.

Qalib komandaya kubok təqdim olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər