Şahin Diniyev: "Rəqibə hörmətsizlik olmasın, amma..."

Şahin Diniyev: "Rəqibə hörmətsizlik olmasın, amma..."
Şahin Diniyev "İnter"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib: 
"Meydançanın durumu baxımlı oyun sərgiləməyimizə imkan vermədi. Komandama oyunun ritmini tutduğuna görə təşəkkür edirəm. Düşünürəm ki, ikinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə, bəxtsizlik və rəqibin qapıçısı Səlahət Ağayevin gözəl oyunu bizi qələbədən məhrum etdi. Rəqibə hörmətsizlik olmasın, amma deyim ki, biz bu gün 2 xal itirdik. “İnter”in penaltidən başqa hər hansı bir ciddi qol şansı olmadı. Bu görüşü unutmalı və növbəti oyunlara hazırlaşmalıyıq. Əsas odu ki, komandamız yaxşı futbol sərgiləyir və ümidlərim böyükdü".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər