Şahin Diniyev: "Komandam sanki, donmuş futbolçulardan ibarətdi"

Şahin Diniyev: "Komandam sanki, donmuş futbolçulardan ibarətdi"
Şahin Diniyev "Simurq"la oyunla (0:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi futbolçulardan narazılıq edib:
"Komandamın oyunu haqqında nəsə demək çətindi. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdı. Bu günkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdı. Komandanın heyətində dəyişikliklər qaçılmazdı. “Simurq” hər bir cəhətdən bizdən üstün oynadı. Uduzmağı bacarmaq lazımdı. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadı. Komandam sanki, donmuş futbolçulardan ibarətdi. Oyunumuzda nə fikir, nə də hərəkət var idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər