Sadıqov daha bir futbolçuya qapını göstərdi

Sadıqov daha bir futbolçuya qapını göstərdi
Bir neçə gün əvvəl qış fasitləsində AZAL-ı tərk edə biləcək futbolçuların siyahısını təqdim etmişdik. Həmin siyahıda Yuri Fomenkonun da adı var idi. Xəbərdə bildirilir ki, Vaqif Sadıqovun mütəmadi olaraq şans verdiyi ukraynalı futbolçu qol vurmaqda çətinlik çəkir. Bu səbəbdən də baş məşqçi onu göndərib, daha səviyyəli bir forvard transfer edə bilər.
Artıq Sadıqov Fomenko ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, baş məşqçi qış fasiləsindən sonra ukraynalı forvardı komandada görmək istəmir. Artıq onun özünə bu barədə məlumat verilib. Yuri "Neftçi" ilə oyundan sonra AZAL-dan rəsmən ayrılacaq.
Qeyd edək ki, bundan əvvəl "Kəpəz" və "İnter"də oynamış Fomenko AZAL-da 12 oyuna çıxaraq 542 dəqiqə oynayıb və 1 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər