Sabiq "Real Madrid"li: "Arsenal"da dinclik və sabitlik tapmışam"

Sabiq "Real Madrid"li: "Arsenal"da dinclik və sabitlik tapmışam"

"Real Madrid"dən "Arsenal"a transfer olunan Martin Edeqor yeni klubundan danışıb.

Fanat.Az xəbər verir ki, norveçli futbolçu "Sky Sports"a müsahibəsində bunları deyib:

"Komandan üçün önəmli oyunçuya çevrildiyimi hiss edirəm. Öz mövqeyimi tapmışam və ətrafımdakı futbolçularla qarşılıqlı əlaqə qurmuşam. Daha yaxşı və oynayıram. Yaxşı komandada olduğumu hiss edirəm. Burda dinclik və sabitlik tapmışam. Növbəti transfer pəncərəsində harda olacağım barədə narahat olmağa dəyməz. İndi burdayam və özümü yaxşı hiss edirəm".

Xatırladaq ki, ötən gün "Arsenal" İPL-in 28-ci turu çərçivəsində "Uotford"un qonağı olub və 3:2 hesabı ilə qələbə qazanıb. Edeqor bu matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər