Belarus millisinin yeni baş məşqçisinin adı açıqlanıb. Fanat.az xəbər verir ki, bundan sonra yığmaya “Xəzər Lənkəran”ın sabiq futbolçusu İqor Kovaleviç başçılıq edəcək.
.
45 yaşlı Kovaleviç 21 yaşlı futbolçulardan ibarət Belarus millisini çalışdıracaq.
Qeyd edək ki, 2004-cü ildə Cənub təmsilçisinin uğurları üçün tər tökən Kovaleviç bu komandada 7 oyun keçirib və bir qırmızı vərəqə alıb.
Fanat.az