Sabiq "Barselona"lı İtaliya nəhəngində - Razılıq əldə olundu

Sabiq "Barselona"lı İtaliya nəhəngində - Razılıq əldə olundu

"Yuventus" daha bir transferə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, Tiaqo Mottanın komandasının sıralarına tezliklə "Nitsa"da çıxış edən mərkəz müdafiəçisi Jan-Kler Todibo da qoşula bilər. 

İnformasiyanı "La Gazzetta dello Sport" yayıb. Mənbənin məlumatına görə, klublar müqavilənin detalları ilə bağlı razılığa gəliblər: "Bianconeri" fransızı növbəti mövsüm 25-28 milyon avroya almaq öhdəliyi ilə 7-10 milyon avroya icarəyə götürəcək.    Müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.

Tobido 2021-ci ildən - "Barselona"dan alındıqdan sonra "Nitsa"ya məxsusdur. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər