Sabiq "Qalatasaray"lı "Yuventus"da

Sabiq "Qalatasaray"lı "Yuventus"da
"Yuventus”un sabiq oyunçusu İqor Tudor yenidən kluba qayıdır.
 
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 
 
Xəbərə görə, 42 yaşlı mütəxəssis Turin klubunda baş məşqçi Andrea Pirlonun köməkçisi kimi işləyəcək. Pirlodan dəvət alan xorvatiyalı məşqçinin hazırda işlədiyi "Hayduk” komandasından da artıq ayrıldığı bildirilir.
 
Qeyd edək ki. İ.Tudor 1998/2007-ci illərdə "Yuventus”un heyətində çıxış edib. O, "Hayduk”dan başqa PAOK, "Karabükspor”, "Qalatasaray”, "Udenize”ni çalışdırıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər