Sabiq MY-li futbolçu özünü "Barselona"ya təklif etdi

Sabiq MY-li futbolçu özünü "Barselona"ya təklif etdi

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cessi Linqard öz xidmətini İspaniya nəhənginə təklif edib. 

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Alfred Martines yayıb. 

Mənbənin məlumatına görə, Cessi Linqard maddi sıxıntısı olan, lakin güclənməyi qarşısına məqsəd qoyan "Barselona"da oynamaq istəyir. 

Bu səbəbdən, 31 yaşlı ingilis yarımmüdafiəçi azad agent kimi, öz xidmətlərini Xavinin komandasına təklif edib. 

Xatırladaq ki, Linqard 2023-cü ilin iyulunda "Nottingem Forest"dən ayrıldıqdan sonra özünə yeni klub tapa bilmir. O, payızda bir müddət Stiven Cerrardın çalışdırdığı "Əl-İttifaq"ın düşərgəsində məşq etsə də, yekunda Səudiyyə Ərəbistanı təmsilçisi ilə münasibətləri rəsmiləşdirməmişdi. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər