Sabiq "Barselona"lılar yenidən bir arada - Razılıq əldə olundu

Sabiq "Barselona"lılar yenidən bir arada - Razılıq əldə olundu

"Barselona"nın yetirməsi olan İnyesta Kataloniya klubunun sabiq ulduzları ilə yenidən eyni komandada oynaya bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "TyC Sports"un jurnalisti Sezar Luis Merlo yayıb.

Xəbərə görə, ispan yarımmüdafiəçi Lionel Messi, Serxio Busqets və Jordi Albanın çıxış etdiyi "İnter Mayami"yə keçməyə yaxındır. 

MLS klubunun futbolçu ilə prinsipial razılığa gəldiyi bildirilir. 

İnyesta 1996-2018-ci illərdə kataloniyalıların şərəfini qoruyub. 39 yaşlı yarımmüdafiəçi Yaponiyanın "Vissel Kobe" klubundan ayrılaraq azad agent statusu əldə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər