"Rüstəm Əhmədzadə üçün icarə ən yaxşı variant olar"

"Rüstəm Əhmədzadə üçün icarə ən yaxşı variant olar"

"Qarabağ" hücumçusu Rüstəm Əhmədzadəni icarəyə verə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, gənc forvardın xidmətində üç Premyer Liqa təmsilçisi maraqlıdır.

"Rüstəm Əhmədzadə üçün icarə ən yaxşı variant olar"

2021-ci ilin qışında Ukraynanın "Kolos" klubundan transfer edilən və müddəti 2024-cü ilin yayına qədər olan müqaviləyə imza atan Əhmədzadə ilə bağlı vəziyyətə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl belə aydınlıq gətirdi:

"Rüstəm üçün icarə ən yaxşı variant olar. O, gəncdir və müntəzəm meydana çıxması inkişafı baxımından çox önəmlidir. Amma bu məsələni Azərbaycan Kubokunun finalından sonra müzakirə edəcəyik. Təbii ki, heyətlə bağlı baş məşqçimiz Qurban Qurbanovun planlarını əsas götürəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər