"Neftçi"nin hücumçusu Ruslan Qurbanov bu gün Xorvatiyanın "Hayduk" klubu ilə müqaviləyə imza atacaq. Fanat.az xəbər verir ki, futbolçu icarə əsasında Split təmsilçisinin sıralarına qatılacaq.
"Hayduk"la mövsümün sonunadək - 4 aylıq anlaşma imzalanacaq.
Qeyd edək ki, Qurbanovun yeni komnadası Xorvatiya çempionatında hazırda 3-cü pillədə qərarlaşıb.
Fanat.az