Salomon Rondonu "Zenit"ə verən "Rubin" hücum xəttini gücləndirir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi komanda PSV-dən Tim Matavzı heyətinə qatır.
Məlumata görə, "Rubin" rəhbərliyi hazırda sloveniyalı futbolçunun meneceri ilə danışıqlar aparır. Həmçinin qeyd olunur ki, "Fulhem"dən Bryan Ruizi icarəyə götürən PSV Timi satmaq niyyətindədi.
Qeyd edək ki, Tim Matavz 2011-i ildən çıxış etdiyi PSV-də 106 oyun keçirib və 44 qol vurub. Sloveniya millisinin üzvü vətənində "Qoritsa"nın, Hollandiyada isə "Qroningen" və "Emmen"in formasını geyinib.
Fanat.az