Ruslan Abışov futbol tariximizə düşdü

Ruslan Abışov futbol tariximizə düşdü
Ruslan Abışov Azərbaycanın futbol tarixinə düşüb. Fanat.az xəbər verir ki, milli futbolçumuz Avropa Liqasının 1/16 final mərhələsində oynayan ilk azərbaycanlı futbolçu olub.
Belə ki, Ruslanın çıxış etdiyi "Rubin" dünən İspaniyanın "Betis" klubunu qəbul edib. Start heyətində meydana çıxmayan Abışov 75-ci dəqiqədə Yann M`Vilanı əvəzləyərək, son 15 dəqiqədə mübarizə aparıb. Bununla da o, futbol tariximizə düşüb.
Qeyd edək ki, İspaniyada 1:1 hesablı heç-heçəyə razılaşan "Rubin"lə "Betis"in Kazandakı matçında qonaq komanda qələbə qazanıb - 2:0. Nəticədə Ruslanın komandası Avropa Liqasında mübarizəni dayandırmalı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər