Mayın 21-də bərpa olunacaq Rusiya Premyer Liqasının oyunları azarkeşsiz keçirilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Oleq Matıtsin məlumat verib.
Nazir yerli mətbuata belə deyib:
"Azarkeşsiz oyunlardakı atmosfer çox qəribədi. Bu, alışdığımız durumdan qat-qat fərqlidi. Yetərli həyəcan görmürük. Bu üzdən də Premyer Liqa oyunlarına az sayda da olsa, azarkeşlərin buraxılması önəmlidi”.
Rusiya mətbuatının yaydığı məlumata görə, matçları hər stadionun tutumunun 10 faizi qədər tərəfdarın canlı izləməsinə icazə veriləcək.
Fanat.Az