Rusiya Premyer Liqasının 26-cı turu çərçivəsində oynanılan matçda "Zenit" səfərdə "Krasnodar"ı 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qələbə sayasində "Zenit" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Bu, Sankt-Peterburq klubunun ardıcıl 2-ci, ümumilikdə isə 6-cı ölkə tituludu.
Beləliklə, "Zenit" çempionluq sayında TsSKA-ya çatıb.
Fanat.Az