Rusiya Futbol İttifaqı rəsmi "tvitter” hesabında Rusiya Premyer Liqasının taleyi barədə məlumat verib.
Fanat.Az xəbər verir ki, RFİ çempionatın davam etdiriləcəyini bildirib. Turnir iyunun 21-də bərpa ediləcək.
Koronavirus pandemiyası üzündən martda dayandırılan çempionatın hazırkı lideri "Zenit”di. Zirvə sahibinin 50 xalı varsa, ilk "üçlüy”ü hərəyə 41 xalla "Lokomotiv” və "Krasnodar” qapayır.
Fanat.Az