Rusiya klubu Mahir Emrelini transfer etmək istəyir

Rusiya klubu Mahir Emrelini transfer etmək istəyir

Rusiyanın köklü klublarından olan “Lokomotiv” "Dinamo Zaqreb"in hücumçusu Mahir Emrelinin keçidində maraqlıdır.

Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, Moskva klubu Azərbaycan millisinin forvardı ilə yaxından maraqlanır.

Məlumata görə, fransalı hücumçu Vilson İşidorla bağlı müsbət nəticə əldə edilmədikdə, Xorvatiya klubuna rəsmi təklif ediləcək.

Qeyd edək ki 2022-ci ildən Zaqreb təmsilçisinin uğurları üçün çalışan Mahir Emreli paytaxt klubunda 19 oyuna çıxaraq 6 qol vurub. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər