Rusiyanın "Slava” reqbi klubu iki gürcü oyunçu - Rezi Brodzeli və Saba İluridze ilə müqaviləni pozub.
Fanat.Az xəbər verir ki, buna reqbiçilərin oyun zamanı etdikləri jest səbəb olub. Belə ki, topun yerə enməsindən sonra hər iki oyunçu əlləri ilə bir gözlərini bağlayaraq Gürcüstandakı hadisələrə dəstəklərini ifadə ediblər.
"Slava” klubunun rəhbərliyi bu jesti siyasi və antirusiya olduğunu hesab edib. Müqavilənin pozulmasını reqbiçilərin özləri də təsdiqləyiblər.
Fanat.Az