Rusiya futbolunun əfsanəsi erməniyə qarşı

Rusiya futbolunun əfsanəsi erməniyə qarşı

Rusiya futbolunun əfsanəsi, “Spartak”ın keçmiş baş məşqçisi Oleq Romantsev “qırmızı-ağlar”ın erməni futbolçu Yura Movsisyanı transfer etməsini səhv addım hesab edir. Fanat.az xəbər verir ki, veteran futbolçu bu transferin komandaya heç bir xeyir vermədiyini bildirib: 

"Movsisyan gələndən sonra “Spartak”ın oyun fəlsəfəsi tamamilə itdi. İndi müdafiəçilər və yarımmüdafiəçilər topu alan kimi Movsisyanı axtarırlar. Onlar kombinasiya qurmağa meylli olmurlar. Bu da “Spartak”ın oyun fəlsəfəsini pozur. Komandanın liderdən aslı olması hər şeyi korlayır. Yaxşı olardı ki, lider komanda üçün oynasın. Eyni problem “Zenit”də də Halkla yaşanır. Braziliyalı fərdi planda çox güclüdü. Ancaq nə komanda onunla, nə də o, komanda ilə dil tapa bilmir”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər