Rus qapıçı bu tarixdə PSJ ilə müqavilə bağlayacaq

Rus qapıçı bu tarixdə PSJ ilə müqavilə bağlayacaq

PSJ-nin "Krasnodar"ın qapıçısı Matvey Safonovla nə vaxt müqavilə bağlayacağı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Paris təmsilçisi Rusiya klubu ilə transferin bütün detallarını razılaşdırıb. Mənbə Safonovun Fransa nəhəngi ilə gələn ay müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayacağını vurğulayıb. PSJ-nin bu keçid üçün Krasnodar təmsilçisinə 20 milyon avro və müxtəlif bonuslar ödəyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Safonov 2023/2024 mövsümündə "Krasnodar" forması ilə 30 matça çıxıb. 25 yaşlı qolkiper bu görüşlərin 11-də qapısını toxunulmaz saxlayıb. O, Rusiya Premyer Liqasında mövsümün ən yaxşı qapıçısı seçilib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər