Rumın futbolçu ölkəmizdə oynamaqdan imtina etdi

Rumın futbolçu ölkəmizdə oynamaqdan imtina etdi
Rumın futbolçu Viktoraş Yakob Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu özü məlumat verib.
Rumıniyanın "Metalul" klubunda çıxış edən Yakob ölkəmizə gəlmək istəməyib. Avstriya, Azərbaycan və Çin klublarından təklif alan futbolçu karyerasını bitirmək haqqında fikirləşir.
Qeyd edək ki, bu ildən "Metalul"da çıxış edən futbolçu Rumıniya U-21-nin sabiq üzvüdü. O, futbolçu karyerasının ən parlaq dövrünü 2005-2008-ci illərdə "Styaua"da yaşayıb. Həmin vaxt Rumıniya Kubokunu və Super Kubokunu qazanan Viktoraş Çempionlar Liqasında 3, UEFA kubokunda 5 qol vurmaqla, beynəlxalq turnirdə 2-ci ən sərrast futbolçusu olub. O, Rumıniyanın bir çox klubları ilə yanaşı, Almaniyanın "Kayzerslautern", Yunanıstanın isə "İraklis", "Aris" və "Niki" klublarında legioner həyatı yaşayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər