Roy Kin ÇL-in finalında hansı komandaları görür?

Roy Kin ÇL-in finalında hansı komandaları görür?

Mançester Yunayted"in və İrlandiya millsinin  sabiq yarımmüdafiəçisi Roy Kin bu mövsüm UEFA Çempionlar Liqasının finalında hansı komandaların oynayacağını güman etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Evening Standard" belə çatdırıb: "Arsenal" - "Barselona" finalına baxacağımızı gözləyirəm.  "Real"ın "Arsenal"a qarşı necə oynadığını yada salın. Əl-qol aça bilmirdilər, düz deyil?  Onlar bacardıqlarını etsələr də, heç oynamağa başlaya da bilmədilər".

Xatırladaq ki, ÇL-in yarımfinalında "Arsenal" PSJ, "Barselona" isə "İnter"lə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər