Roy Kin İngiltərəni hədəfə aldı: "Özləri üçün oynayır, topu ora-bura dığırlayırdılar"

Roy Kin İngiltərəni hədəfə aldı: "Özləri üçün oynayır, topu ora-bura dığırlayırdılar"

Sabiq irlandiyalı futbolçu Roy Kin Millətlər Liqasının 1-ci turunda baş tutan İrlandiya - İngiltərə (0:2) matçından danışıb.

Fanat.Az xəbər verir ki, o, ITV-nin efirində qonaqları ikinci hissədə oynadıqları futbola görə qınayıb:

"İngiltərə ikinci yarıda dəhşətli görünürdü. Futbolçular özləri üçün oynayır, topu ora-bura dığırlayırdılar. Adama elə gəlirdi ki, hətta ehtiyatda oturanlar da özlərini düşünürlər. Özündənrazılıq ifrat həddə sezilirdi. İrlandiya fasilədən sonra İngiltərə birinci yarıda oynadığı qədər yaxşı oynadı".

Xatırladaq ki, meydana baş məşqçinin funksiyalarını müvəqqəti icra edən Li Karslinin rəhbərliyi altında çıxan İngiltərə bu matçda vurduğu qolların hər ikisinə ilk yarıda imza atıb.  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər