Ross Barkli İPL-in debütantı ilə müqavilə bağladı

Ross Barkli İPL-in debütantı ilə müqavilə bağladı

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ross Barklinin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqanın debütantı "Luton Taun"la müqavilə bağlayıb.

Məlumatı Luton təmsilçisinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Barklinin son klubu "Nitsa" olub. 2022/2023 mövsümündə Fransa klubunun forması ilə bütün turnirlərdə 28 matça çıxan orta xətt oyunçusu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Nitsa" ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatan Ross yeni komandasına azad agent qimində qoşulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər