Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" heyətinə yeni müdafiəçi cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun saytı yayıb.
Sözügedən klub "Leyptsiq"in 24 yaşlı futbolçusu Mohamed Simakanı alıb. Atxa xətt oyunçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Simaka ötən mövsüm Bundesliqada 32 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, portuqaliyalı superulduz Kriştianu Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"in formasını geyinir.