Ronaldu gələcəyi ilə bağlı qərar verdi: "Yuventus"da qalır, ya gedir?

Ronaldu gələcəyi ilə bağlı qərar verdi: "Yuventus"da qalır, ya gedir?
Portuqaliyalı ulduz Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərar verib.
 
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, növbəti mövsümü də "Yuventus" keçirəcək.
 
Superulduz bir müddət öncə Turin təmsilçisindən ayrılmaq istəsə də, müqaviləsinin sonuna kimi klubda qalmaq fikrinə gəlib.
 
Qeyd edək ki, 2018-ci ildə "Yuventus"a keçən 36 yaşlı hücumçunun A Seriyası klubu ilə müqaviləsi 30 iyun 2022-ci ildə başa çatacaq. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər