Lissabon "Sportinq"i öz yetirməsi olan Kriştianu Ronaldunu geri qaytarmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu iddia "Daily Mail"ə məxsusdur.
Mənbənin yaydığı məlumata görə, lissabonlular artıq 37 yaşlı superulduza təklif də göndərib. Bununla belə, Portuqaliya təmsilçisinin Ronaldunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə təzminat ödəməyi planlaşdırmadığı da vurğulanıb. Belə ki, paytaxt klubu Ronaldunun MY ilə anlaşmasını qarşılıqlı razılıq əsasında poza biləcəyinə ümid edərək bu variantı sınaqdan keçirib.
Qeyd edək ki, Ronaldu "Sportinq"də 31 matça çıxaraq 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat