Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər

Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər
Mövsümün sonunda Kriştianu Ronaldu və "Yuventus"un yolları ayrıla bilər.
Fanat.Az xəbər verir ki, jurnalist Pyetro Baltsano "Twitter" hesabında bu barədə məlumat yayıb:
"İndilik bu məlumatlar "söz-söhbət" də adlandırıla bilər, amma mənə müxtəlif mənbələrdən informasiya daxil olduğu üçün məsələ diqqətimi çəkir. Mövsümün sonunda Ronaldu "Yuventus"dan ayrıla bilər. Mənə bu barədə məlumat daxil olub. Təkrar edirəm: indilik bunları "söz-söhbət" də adlandıra bilərik. Gözləmək lazım gələcək".
Cari mövsümdə 31 matçda meydana çıxan Ronaldu 25 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər