Kriştiano Ronaldo "Tottenhem"in forvardı Harri Keynin "Real"a transferini istəmir. Fanat.Az xəbər verir ki, bu barədə "Diario Gol" məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı ulduz Keynin yox, "Bavariya"nın polşalı forvardı Robert Levandovskinin "Real"a gətirilməsini arzulayır.
Qeyd edək ki, yayda Qaret Beyl və Kərim Benzema ilə yolları ayıracaq "Real" uzun müddətdi Keyni heyətinə qatmaq istəyir. "Kral Klubu"nun bu futbolçu üçün 200 milyon avro təklif etdiyi bildirilir.
Fanat.Az