"Real"ın şərəfini qoruyan Kriştiano Ronaldo klubla müqaviləsini uzadıb. Fanat.az xəbər verir ki, portuqaliyalı futbolçu növbəti 5 ildə Madrid təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ronaldo“Real”a 2009-cu ildə İngiltərə “Mançester Yunayted”indən rekord məbləğə - 93,4 milyon avroya keçib. O, İspaniya çempionluğu, kuboku və Superkubokunu qazanıb.