Ronaldo: "İtaliyada futbol kirli idi və bunu bilirdik"

Ronaldo: "İtaliyada futbol kirli idi və bunu bilirdik"
2011-ci ildə karyerasını bitirən Ronaldo "İnter"dəki illəri ilə bağlı maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, "Sportsweek"ə danışan braziliyalı əfsanə "Yuventus"u suçlayıb.
- 2002-ci ilin 5 mayında "Latsio"ya uduzduqdan sonra ağlamağın hələ də unudulmayıb. Bununla bağlı illər sonra nə demək istəyirsən.
- Çempionluğu son oyunda itirmək çox pis hiss idi. Amma ondan dörd il sonraki "Calciopoli" qalmaqalı o illərdəki bəzi şeyləri açıq şəkildə göstərdi. 1998-ci ildə İuliano mənə qarşı kobudluq etdi, amma penaltini vermədilər. 2002-ci ildəki son matçda yaşananları isə onsuz da hər kəs bilir. Hər iki mövsümdə "Yuventus" çempion oldu. Moggi, Qiraudo və Betteqa. Böyük üçlük!
- Həmin vaxt bəzi şeylərin yalnış olduğunu hiss edirdiniz?
- Əlbətdə. İtalyan futbolunun kirli olmasını açıq şəkildə bilirdik, amma əlimizdə sübut yox idi. "Calciopoli" qalmaqalı haqlı olduğumuzu göstərdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər