Ronaldo "İlin futbolçusu" seçildi

Ronaldo "İlin futbolçusu" seçildi

"World Soccer" ilin ən yaxşılarını elan edib. Fanat.az xəbər verir ki, ingilis jurnalın ənənvi sorğusunda ilin futbolçusu, ilin klubu və ilin baş məşqçisi müəyyənləşib.

Dünya səviyyəsində jurnalistlərin və şərhçilərin qatıldığı sorğuda "İlin futbolçusu" nominasiyasında ilk üç pilləni FIFA-nın "Qızıl top" mükafatına namizədlər - Kriştiano Ronaldo, Lioel Messi və Frank Riberi tutub. 101 səslə Ronaldo birinci, 926 səslə Messi ikinci, 870 səslə Riberi üçüncü olub.

Maraqlıdı ki, "World Soccer"in ən yaxşı seçdiyi futbolçular əksər hallard "Qızıl top"u qazanır. Belə ki, son 16 ildən 14-də hər iki mükafat eyni futbolçuya verilib.

"World Soccer"in sorğusunda "Bavariya" "İlin komandası" seçilib. Ötən mövsüm Çempionlar Liqasını, Almaniya çempionluğunu və kubokunu qazanan komanda "Atletiko" və "Borussiya"nı (Dortmund) qabaqlayıb.

"İlin məşqçi"si isə "Bavariya"nın ötən ilki baş məşqçisi Jupp Heynkes birinci olub. "Borussiya"nı çalışdıran Yurgen Klopp ikinci, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone üçüncü olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər