Ronaldo "Barselona"ya keçə bilər - ŞOK İDDİA

Ronaldo "Barselona"ya keçə bilər - ŞOK İDDİA

Kriştiano Ronaldo "Barselona"ya keçə bilər. Fanat.Az xəbər verir ki, bu iddia ilə portuqaliyalı futbolçunun həmyerlisi Luiş Fiqo çıxış edib.

Fiqo 2000-ci ildə 44,5 milyon avro qarşılığında "Barselona"dan "Real"a keçmiş və transfer rekordunu qırmışdı. İspaniyanın "Rekord" qəzetinə danışan portuqaliyalı əfsanə indi Ronaldonun eyni addımı ata biləcəyini deyib. Onun sözlərinə görə, "Barselona" Kriştianonun müqaviləsindəki 1,5 milyard avroluq transfer haqqını ödəyərək bu keçidi reallaşdıra bilər.

"Nəticədə bu sərbəst bazar məsələsidi. Əgər futbolçunun müqaviləsində azad agent olmaq üçün məbləğ göstərilibsə, hər şey mümkündü" deyə Fiqo bildirib. 

Fiqo 2000-ci ildə özünün "Barselona"dan "Real"a keçidini belə izah edib: "Real"a keçməyimin ilk səbəbi klub prezidentinin belə bir şeyin ola biləcəyini qəbul etməsi idi. İşlər getdikcə ciddiləşdi, mən də müqaviləmi yaxşılaşdırmaları üçün təklifi "Barselona"ya çatdırdım".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər