Ronaldo oynamadı, "Yuventus" zirvəni ələ keçirdi - VİDEO

Ronaldo oynamadı, "Yuventus" zirvəni ələ keçirdi - VİDEO
İtaliya A Seriyasında V tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə "Yuentus" "Breşiya"nın qonağı olub. Kriştiano Ronaldonun oynamadıığı oyunda Turin klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Yuventus" Con Kansellorun avtoqoluna və Miralem Pyaniçin qoluna sevinib. "Breşiya"nın qoluna isə penaltidən Alfredo Donnarumma imza atıb.
Qeyd edək ki, "Yuventus" bu qələbə sayəsində xallarını 13-ə yüksəldib və birinci pillləni ələ keçirib. Bir oyun az keçirən "İnter" isə 12 xalla ikinci pilləyə düşüb. Milan klubu bu gün "Latsio"nu qəbul edəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər